2005-ci ilin iyun ayından fəaliyyətə başlayan klinikamız estetik stomatologiya və implantologiya üzrə qurulmuşdur. ”Gözəllik sağlamlıqdan başlayır” prinsipi ilə yola çıxan klinikamız öz dəsti-xəttini qorumağa davam etməkdədir.

Klinikamızda görülən işlərin tək hədəfi sağlamlıq olduğu üçün bütün işlərimiz yüksək ixtisaslı həkimlərin nəzarəti altında həyata keçirilir. Professionallıq,pesekarliq,düzgünlüyə görə məsuliyyət əsas prinsiplərimizdir.

Klinikamızda görülən işlərin keyfiyyəti və nəticəsi yüksək səviyyədə olduğu qədər,personalın gülər üzü və pasientlərə göstərdiyi diqqət də çox önəmlidir. Xəstələrimizin məmnun qalmasını təmin etmək klinikamızın başlıca prinsiplərindəndir.

Biz əlimizdən gələni edirik ki, klinikamız bizə müraciət edən hər bir pasient üçün təhlükəsiz və tam komfortlu olsun. Təbii dişlərin sağlamlığının saxlanılması əsas diqqət göstərdiyimiz məsələdir.SNN Medical klinikası olaraq sizlərə düzgün diaqnoz, düzgün müalicə və lazımı profilaktik tədbirlər təklif edirik.

Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək