Dişlərin ağardılması

Pasientlərimizin təbəssümünün qayğısına qalaraq biz klinkamızda ən müasir ağartma üsullarından istifadə edirik. Kilinikamızda siz ən yeni və müasir ZOOM sistemi ilə qar kimi bəyaz təbəssümə sahib olacaqsınız. Cəmi 1 saat müddət və dişlərinizin rəngində 4-8 ton bəyazlama hiss edəcəksiniz.

Prosedur çox sadədir əvvəl diş ətləri qoruyucu gel vasitəsilə örtülür, daha sonra dişlər üzərinə mina qatı üçün təhlükəsiz olan turşusuz gel sürtülür. Zoom apartından xüsusi filterdən çıxan soyuq işıgın təsirindən gel dişlərinizi bəyazlatmağa başlayır. Prosedur tamamilə ağrısızdır.

Bəyazlatmadan sonra 24 saat ərzində tünd, rəngləndirici qida və içkilərdən – çay, kofe, kola ve s. istifadə məsləhət görülmür. Prosedurdan sonra gülüşünüz heyrətamiz dərəcədə dəyişəcək və öz güvəniniz artacaqdır. Ağız boşluğunuzun gigiyenasına xüsusi diqqət yetirildikdə effekt 2 ilə qədər davam edəcəkdir.


Bədii Restavrasiya

Bədii restavrasiya - pasientin estetik xüsusiyyətini və istəyini nəzərə alaraq diş toxumalarının tam anatomik bərpasıdır. Bura: dişlərin rənginin, forma və ölçüsünün dəyişdirilməsi, müxtəlif etiologiya və lokalizasiyaya malik qüsurların bərpası daxildir. Restavrasiyalar dolayı və birbaşa restavrasiyalara bölünür. Dolayı restavrasiyalarla ortopediya bölməmizdə tanış ola biləcəksiniz. Bu bölmədə birbaşa – Bədii restavrasiyalar haqqında məlumat veririk. Müasir kompozit materiallar birbaşa dişə öz anatomik formasını verməyə imkan yaradır. Lakin materialların müasirliyindən başqa stomatoloqunuz restavrasiya haqqında dərin bilik ve bacarığa sahib olmalıdır. Beləki:

- Müasir materiallarla işləmək bacarığı

- Funksiya ve estetika nəzərə alınaraq dişlərin tam anatomik bərpası

- Oklyuziyanin teoriyasını yaxşı bilmək və onun yuxarı-aşağı çənə əzələlərinin hərəkətinə təsirini nəzərə almaq - Üz quruluşunun estetik görünüşü haqqında bədii zövq və biliyə sahib olmaq, birbaşa restavrasiyanın nəticəsini gözəl edir.

Klinikamızda ən yeni mikrohibrid kompozitlər, nano-dolduruculardan istifadə olunur ki, bu da işimizi həm keyfiyyət , həm də estetik cəhətdən asanlaşdırır və nəticəni istədiyimiz kimi əldə etməyə imkan verir. Sonda pasientin üzündə əks olunan gözəl, özündən əmin və bizdən razılıq əlaməti olan təbəssüm işimizin ən gözəl hissəsidir. Çünki biz yalnız sizin ürəkdən təbəssüm etməyiniz üçün çalışırıq.

Ön dişlərin restavrasiyasında yüksək estetikliyə malik olan İtaliya istehsalı Enamel plomb dəsti klinikamızda uğurla və möhtəşəm effekt göstəricisi ilə istifadə olunur.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək