Müalicə

Karies və ağırlaşmaları, qeyri-karioz xəstəliklərin müalicəsi klinikamızda ən son texnologiya və müasir üsullarla aparılır.

Praktik olaraq müalicəyə ağrısızlaşdırılma ilə başlayırıq, elə pasientlərin də qorxduğu iki haldan biri ağrı hissidirsə digəri də bu agrı hissini aradan qaldırmaq üçün sərt olan etap ağrısızlaşdırılmadır. Əmin ola bilərsiniz ki anesteziya da klinikamızda tamamilə ağrı hissi olmadan aparılır.

Uğurla aparılan anesteziyadan sonra isə müalicənin sonuna kimi heç bir ağrı hissiyatı olmur. Karies, ağırlaşmaları və qeyri karioz xəstəliklər müalicəsində sonra sərt toxumalar ən yeni materiallar və metodikalarla restavrasiya edilir və öz anatomik formasına qaytarılır.

Müasir materiallardan, metodikalardan istifadə və həkimlərimizin klinik düşüncələrinin vəhdəti işimizin nəticəsini daha da mükəmməl edir.


Profilaktika

Sağlam dişlərə sahib olmaq üçün fərdi gigiyena qaydalarına və profilaktikaya düzgün şəkildə riayet etmək,düzgün diş fırçası və pastadan istifadə etmək lazımdır.

Lakin bütün bunlara riayət etmək tam şəkildə Profilaktikaya əməl etmək demek deyil. Ağız boşluğunun tam gigiyenasını ev şəraitində təmin etmək də heç də mümkün olmur.

Onun üçün də ildə iki dəfə stomatoloqa müraciət etməlidir. Klinikamıza gigiyena və profilaktika üçün müraciət edən pasientlərimiz professional və keyfiyyətli xidmətlə qarşılaşacaqlar.

Ağız boşluğu diş ərpi və diş daşlarından tam şəkildə azad olunur, həkimlər tərəfindən vəziyyıtinizə uyğun tam ixtisaslı məsləhətlər verilir.


Paradontologiya

Klinikamizda diş əti və damaqların müalicəsi ən son üsullar tətbiq olunmaqla aparilir.

Əvvəlcə diş daşları 1 və ya 2 seansa ultrasəs skeyler vasitəsi ilə tam təmizlənilir, dişlər diş ərpindən azad olunur, bütün bunlardan sonra damaq problemi qalırsa digər müalicə üsullarına müraciət edilir.

Klinikamizda vitamin terapiyası, anbiotik və biostimulyatorlardan istifadə edərək diş əti və damaq xəstəlikləri müalicə olunur.

Texnologiyanın ən son nailiyyəti olan Vector paradont xəstəliklərinin profilaktikası və müalicəsində əvəzedilməz üsuldur ki, klinikamızda ona daha çox üstünlük verilir.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək