Incognito Görünməz breketlər

Heç bir sahə yerində addımlamadığı kimi stomatologiya da bu dəfə çox xoş və çoxlarını sevindirən bir yeniliklə qarşınızdadır.Düşünürdük ki, bu reallığa uyğun deyil. Breket necə tam görünməz ola bilər? Halbuki, Alman alimləri “İncognito”sistemini icad etdilər. Bu breketlər hər zaman öyrəşdiyimiz kimi dişlərin üz tərəfinə deyil, iç tərəfinə bərkidilir. ”İncognito”- konkret pasient üçün hazırlanan individual ortodont aparatdır. İlk dəfə olaraq texnika insanın funksiya və anatomiyasının bütün əlamətlərini nəzərə almışdır. Bu breket sistemi dəqiq rəqəmsal texnologiya ilə hazırlanaraq, qeyri allergik olub, patentləşdirilmiş elementlərlə və pasientin tam komfortunu nəzərə alaraq nazik profildən istehsal edilir. Məhsul Almaniyanın xüsusi elmi laboratoriyası olan Top Servisde hazırlanır.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək