Lazer stomatologiyası

Lazerlər tibb sahəsində 60-cı ildən bəri tətbiq olunurlar. Yaxın zamanlara qədər stomatologiya sahəsində lazer enerjisindən yalnız diş ağartma və yumşaq toxuma əməliyyatlarında istifadə olunurdu. İndiki zamanda onun tətbiq sahəsi xeyli genişlənmişdir. Atomlaşmış su tozunun (aerozolun) lazer enerjisi ilə birləşməsi nəticəsində əldə edilən hidrokinetik enerji prinsipi ilə işləyən yeni diş lazeri qurğusu ilə həm sərt (diş minası, dentin, sümük), həm də yumşaq toxumalarda (diş əti, selikili qişa) müxtəlif müdaxilələr aparmaq mümkündür. Bunlardan aşağıdakı manipulyasiyaları qeyd etmək olar: dişlərin təmizlənməsi və ağardılması, həssas dişlərin həssaslığının aradan qaldırılması, dişlərin karioz törəmələrdən təmizlənməsi, dişlərin kök kanallarında müxtəlif prosedurlar, tünd rəngli diş ətlərinin rənginin açılması, diş ətinin şəkilləndirilməsi, uçuqlamaların və aftaların müalicəsi, çənə sümüyündə və diş ətində hər növ cərrahi əməliyyatlar və s. Son zamanlar lazer texnologiyası dental implantologiya sahəsində tətbiq olunmağa başlamışdır. Bunun sayəsində implantoloji müdaxilələrlə bağlı cərrahi əməliyyatlar sadələşmiş və onları daha qısa müddətdə həyata keçirtmək mümkün olmuşdur. Lazer qurğusu ilə işlədikdə titrəmələr baş vermir və bunun sayəsində sərt və yumşaq toxumalarda aparılan kiçik müdaxilələrdə anesteziyaya ehtiyac olmur. Bu səbəbdən, diş həkimindən qorxan hər yaş qrupunda olan xəstələr üçün laserlə müalicə çox münasib ola bilər. Bundan əlavə, yumşaq toxumalarda qansız müdaxilələr aparmaq mümkün olur və onların sağalması çox sürətlə gedir.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək