Ortodontiya

Diş-cənə anomaliyalarının və yalnış dişləmin bərpa edilməsi haqqında bölmədir. 90% insanlarda ortodontik problemlər vardır ki,hətta bəzi insanlar bunun varliğından xəbərsizdir. Yalnış dişləm ve diş sırasındakı qüsürlar bir çox xoşagelmez hallara – baş agrıları, qulaqlarda küy ve başqa LOR , mədə xəstəlikləri, nitq pozğunluğu ve s. səbəb olur. Bütün bunlarla yanaşı bilirik ki gözəl təbəssüm uğurun vizit kartıdır ,düzgün olmayan dişlər isə sizin gülüşünüzü estetik etmir.

Klinikamızda pulsuz konsultasiya zamanı professional ortodont həkimlərimiz diaqnoza uyğun müalicə planlaması aparır ve sizə mümkün olan ən düzgün ortodontik müalicəni seçirlər.

SNN Medical klinkasında ortdontik müalicə zamanı tətbiq olunan aşağıdakı breket növlərindən istifadə edilir.

1.Metal breketlər-ən çox istifadə olunan breket növüdür. İstifadəsi çox rahatdır, dişə çox yaxşı fiksə olunur, asan idarə olunur.

2.Estetik breketlər(keramik,plastik)- Əsas müsbət cəhəti estetik nöqteyi tərəfindəndir. Demək olar ki dislerinizden secilmir. Estetik breketlerden istifade agiz boslugunun gigiyenasına həddən artıq diqqət edilməsini tələb edir, aşağı çənədə istifadəsi həmişə mümkün olmur ve nəhayət müalicə muddəti uzanmış olur.

Ortodontik müalicənin sonunda breket agrısız çıxarılır və gecə istifadəsi üçün retension apparat hazırlanılır. Ortodontik müalicənin nəticəsi isə 99% hallarda pasientin həkimin məsləhətlərinə, vaxtaşırı müayinəyə nə dərəcədə ciddi yanaşmasından asılıdır.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək