Protezləmə

Protezləmə stomatologiyanin sırf çeynəmə funksiyasını, estetik parametrləri və estetikanı, sosiallaşmaq, ünsiyyət qurmaq üçün vacib şərtlərdən olan nitq funksiyasını bərpa edilməsinə yönəlmiş sahəsidir, qısaca, ortopedik stomatologiyanın əsas məqsədi pasientlərin həyati keyfiyyətlərini yaxşılaşdırmaqdır.

Ənənəvi ortopedik stomatologiya iki əsas hissəyə bölünür: çıxan və çıxmayan protəzlər. Çıxmayan protezləməyə metal-keramik, press keramik(Emax), zirkon keramik və qiymətli metallardan qapaqlar, vinirlər və s.aiddir. Klinikamızda çıxan protezləmə aşağıdakı variantlarda aparılır.

-Bugel protezləmə

-Plastik protezlər klammerlərlə və ya kilidli (istəyə görə)

-Elastik protezləmə

Diş sırasının tam bərpası ilə sizin özünüzə güvəniniz artacaq, daha gənc və sağlam görünüşə sahib olacaqsınız.

Kosmetik prosedurlar (vinirlər də daxil olmaqla)

Müasir zamanda hər kəs "Hollivud gülüşü"nə sahib olmaq arzusundadır. Müasir tibbin yenilikləri təbii dişləri çıxarmadan, üzərinə bəyaz, parlaq və düz lövhəciklər qoymaqla insanları bu arzusuna çatdırır. Vinir yarımmillimetr qalınlıqda olan dişin üst tərəfini örtən lövhəcikdir. Vinirlər bir və ya bir neçə dişin xarici görünüşünü dəyişdirmək üçün istifadə olunur.

Vinirlər - dişlərin rəngini, ölçüsünü və formasını düzəltməyə imkan verən farfor lövhəciklərdir.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək