İtirilmiş toxumaların bərpası

Sağlam diş əti olan insanlarda, diş əti toxumaları dişin boyun nahiyyəsini çox sıx və möhkəm şəkildə tam örtürək, dişlərin çənə sümüyü toxumalarında tam dəstəyini təmin edirlər. Parodont xəstəlikləri olduqda, diş əti və çənə sümüyü toxumaları iltihablanaraq azaldıqları üçün, dişlər ətrafında parodontolojı cib yaranır. Zamanla parodontolojı cibin dərinliyi artdiqca, cib içindəki bakteriyaların çoxalaraq yaşamaları üçün daha çox yer təmin olunur. Nəticədə, daha cox çənə sümüyü itirildiyi üçün dişin çəkilməsi zərurəti yaranır. Parodontit, heç və ya düzgün müalicə olunmamış, hər hansı digər xroniki xəstəliklər (kardiolojı, endokrinolojı xəstəliklər kimi və s.) kimi, inkişaf edəcəkdir və ya müalicə sonrası ilk fürsətdə təkrarlana bilər. Bunun üçün, həkim tərəfindən tövsiyə olunan və planlanan müalicənin bütün addımlarını başa çatdırmaq çox vacibdir. Müalicənin məqsədləri arasında, diş əti xəstəliklərinin səbəbi olan bakteriyal ərpə və risk faktorlara tam nəzarət edərək parodontitin inkişafını dayandırmaq, parodontoloji ciblərin ortadan qaldırılması, həmçinin itirilmiş və zərər görmüş parodont toxumalarının bərpası ilə dişlər ətrafında sağlam mühiti təmin etməkdir.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək