«Vector» aparatı ilə müalicə

“VEKTOR” aparatı, işləmə mexanizmi əsasən ultrasəsdən ibarət olan müasir və unikal aparatdır. Bu aparatın köməyilə parodontit xəstəliyinin müxtəlif formalarını, həmçinin ilkin karies xəstəlikləri, diş daşlarının təmizlənməsi müalicələrini diş əti toxumasını zədələmədən aparmaq mümkündür. Aparat vasitəsilə müalicə olunan xəstəliklərdən çox rast gəlinəni parodontit xəstəliyidir. Ağız boşluğuna düzgün qulluq edilməməsi, immunitet zəifliyi, qida rasionunda pozğunluq (ağartı məhsullarının, vitaminlərin çatışmazlığı), düzgün protezlərin tərtib olunmaması və s. səbəblər bu xəstəliyin yaranmasına şərait yaradır. Bundan başqa, qidani bir tərəfdə çeynəmək kimi vərdiş də parodont xəstəliyinin inkişafina şərait yaradır. Xəstəliyin əlamətləri: dişlərdə laxlama, damaqların qanaması, ağız boşluğunda pis qoxu, diş daşlarının əmələ gəlməsi, dişlərdən irin gəlməsi və s. Son zamanlar, parodont xəstəliyinin müalicəsində müasir aparat olan “Vektor” aparatından daha çox istifadə olunur. Aparatın özəlliyi ultrasəs vıbrasiya diş ətindəki bakteriyalar üçün öldürücü zona yaratması və təmizləyici tozla (Vector Fluid polish) diş kökünün yuxarı hissəsini təmizləməsindədir. Yaradılmış hidrodinamik effect diş daşlarını və toksinləri təmizləməyə komək edir. “Vektor” aparatı ilə müalicənin digər ənənəvi üsullarla müalicədən fərqi:
· Ənənəvi üsullar (küretaj və s) zamanı diş daşları və mikroblar Vektor aparatının təmizlədiyi kimi effektiv təmizləmir
· Ənənəvi üsullar zamanı pasiyent ağrılar hiss edir
· Ənənəvi üsulla müalicə prosesi Vektor aparatı ilə müalicədən 2-3 dəfə çox prosedura başa gəlir.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək