X- Ray Mərkəz

Işin keyfiyyətini müalicə əsnasında kontrol etmək, hər bir dişin və kökünün vəziyyətini bilmək üçün rentgen həkimin ən böyük köməkçisidir.

Adətən əvvəllər siz rentgen görüntünü xüsusi filmlərdə həkime təqdim edirdiniz. Bu da həm vaxt itkisi (rentgen olunan dişin görüntüsünün filmə əks etdirilməsi), həm də yüksək dozada şüalanmaya səbəb olurdu.

Klinikamızda mövcud olan Radiovizioqrafiya sayəsində bütün bu problemlərə son qoyulmuşdur. Xüsusi sensor ötürücü vasitəsilə rentgen olunan dişin əksi kompyuterdə dərhal aydın və keyfiyyətli əksi əldə edilir,şüalanma dozası ise azdır.

Klinikamızda Tam Rəqəmsal 2D və 3D Panoram Rentgen qurğular xidmətinizdədir.Bu qurğular ən qabaqcıl texnologiyalarla təchiz olunmuşdur və istismarda olduqca sadədir. Panoram rentgen görüntü- "Dişlərin pasportu” bütün dişlərin, gicgah-çənə oynağının, əng çənə münasibəti, sinusların, qısaca, ağız boşluğunda mövcud olan vəziyyət haqqında geniş informasiya verir. Bu da dəqiq diaqnozun qoyulması, gizli gedən dəyişikliklər və müalicə planının düzgün qurulmasına yardımcı olur.

Sonda əldə edilmiş panoram rentgen görüntü CD-diskə yazılaraq sizə təqdim olunur.


Əlaqə məlumatı

E-mail: snn.medical@mail.ru

+994503274711
+994502132564
+994552132564
+994553274711

Ünvanımız

SNN Medical klinikası
Azərbaycan, Bakı, AZ1065,
F.İbrahimbəyov, 12, m.163

İş vaxtı

Hər gün saat 10:00-dan saat 20:00-dək